Yaşadığımız kainatın böyüklüyünü heç düşündünüzmü?

Hər halda, bu mövzu üzərində çox ətraflı düşünməmisiniz. Düşünsəniz belə kainatın genişliyini tam olaraq anlaya bilmək olduqca çətindir. Bunu sizə bir nümunə ilə izah etməyə çalışaq. Ağlınıza gələn ən böyük genişlik nədir, bir düşünün? Məsələn, yaşadığınız şəhərin bir ucundan digər ucuna qədər olan sahənin çox geniş olduğunu düşünə bilərsiniz. Ya da olduğunuz ölkənin ən uc şərq hissəsindən ən uc qərb hissəsinə qədər səfər edə və nə qədər geniş sahə olduğuna şahid ola bilərsiniz. Hətta bəziləriniz ölkənizdən çox uzaq bir ölkəyə səyahət edə bilərsiniz. Ancaq bunu unutmayın! Bütün dünyanı gəzsəniz belə, dünya üzərindəki heç bir uzaqlıq kainatın genişliyini anlamaq üçün kifayət deyil. Çünki Dünyanın kainat içində tutduğu yer bir toz dənəsi qədər belə deyil.
Topun üzərində tutmaq istədiyimiz oyuncaq avtomobillər asanliqla yerə diyirlənir. Bəs Dünyamızın üzərində necə durduğumuzu heç düşündünüzmü?
Səhv eşitmədiniz! Böyük Dünya planeti kainatda bir toz dənəsi qədər yer tutmur. Bu nümunə sizə kainatın nə qədər böyük olduğunu göstərmişdir.
Əziz uşaqlar, indi böyük kainatın içində, kiçik bir yer tutan Dünyamızı düşünün. Hər gün bu dairəvi topun üzərində yerləşən evinizdə oyanırsınız. Məktəbə bu yumru topun üzərində olan yollarla gedirsiniz.
İndi gəlin düşünək! Əlinizə bir top alsanız və onun üzərinə kiçik avtomobillər qoysanız, bu avtomobilləri də əlinizlə tutmasanız onlar bu topun üzərində dayana bilərlərmi? Təbii ki, dayana bilməzlər. Amma siz heç düşmədən yumru bir top olan Dünyamızın üzərində bütün günü yoldaşlarınızla birlikdə gülüb oynayırsınız.
Bundan əlavə, gəlin bir də Günəşi düşünək. Alov kimi yanan bu qırmızı atəş topu olmasa, necə isinəcəksiniz, necə aydınlanacaqsınız? Yazda dənizə girib, üzə bilərdinizmi? Ailənizlə, sinif yoldaşlarınızla, ya da müəllimlərinizlə birlikdə tətilə gedə bilərdinizmi? Xeyr! Bunların heç birini edə bilməzdiniz. Çünki Günəş olmasa, Dünyada heç bir canlı mövcud olmaz. Yalnız bitkilər, ağaclar, quşlar, böcəklər, çox sevdiyiniz pişik və itlər deyil, ananız, atanız, yoldaşlarınız, qardaşınız və siz də olmazdınız.
Dünya və Günəşlə bağlı bu iki nümunə kainatdakı göy cisimlərinin və onların sahib olduqları xüsusiyyətlərin həyatımız üçün çox əhəmiyyətli olduğunu göstərir. Təbii, bunlara aid daha çox maraqlı nümunə verə bilərik. Bu saytda sizə bu nümunələrdən bəzilərini izah edəcəyik. Bu nümunələrlə kainatı tanımağın sizin üçün həm çox maraqlı, həm də əyləncəli olacağına ümid edirik. Ananıza, atanıza yaxud da dostlarınıza öyrəndiklərinizi izpah etməlisiniz. Əmin olun ki, bu maraqlı mövzuları öyrənmək onların da xoşuna gələcək.
Bu səhifələrdəki məlumatları oxuduqca kainatımızın və içindəki bütün varlıqların Yaradıcımız olan Allah tərəfindən ən gözəl şəkildə var edildiklərini görəcəksiniz. Allah’ın Günəşi, Ayı, Dünyamızı, qısası, kainatdakı hər şeyi, bizim ən gözəl və ən rahat şəkildə yaşamağımız üçün xüsusi yaratdığını öyrənəcəksiniz.
İndi bizimlə birlikdə kainata maraqlı səfərə çıxmağa hazırsınızsa, dərhal sonrakı səhifəyə keçmək üçün İrəli düyməsinə basın.