Partlayışla yaranan nizam

Bomba hər şeyi yandırıb kül edir. Partlamanın ardınca təsadüfən nizamlı quruluş meydana gəlməz.
Uşaqlar, sizin də təxmin edəcəyiniz kimi heç bir partlama nizamlı bir sistem meydana gətirməz. Tam tərsinə, partlayış mövcud olan nizamı pozar. Partlayışın olduğu yerdəki hər şey zərər görər. Güclü bir bomba böyük bir binanı yerlə bir edər. Dünyanın ən güclü bombası atom bombasıdır. Bu bomba atıldığı yerdəki bütün nizamı məhv edər. Bir anda böyük bir şəhəri yerlə yeksan edər.
Big Bang adlandırdığımız kainatı meydana gətirən Böyük Partlayış isə milyardlarla atom bombasının partlamasından daha güclü partlayışdır. Lakin tam tərsinə, bu partlayışın nəticəsində mükəmməl nizam meydana gəlmişdir. Hər tərəfi bizim üçün xüsusi dizayn edilmiş Yer kürəsi də bu partlayışın ardınca ortaya çıxmışdır.
Bir partlama nəticəsində şəkildə görünən qum qalasının təsadüfən meydana gəlməsi necə qeyri-mümkündürsə, Biq Bənqdən (Böyük Partlayış) sonra içində Dünyamızın və canlıların da mövcud olduğu kainatın təsadüfən, Allah’ın nəzarətindən kənarda meydana gəlməsi o dərəcədə qeyri-mümkündür.
Bəs sizcə, Biq Bənqdən sonra bu mükəmməl nizam necə meydana gələ bilər? Bəli uşaqlar, böyük bir partlayışla kainatı yoxdan yaradan Allah’dır. Əlbəttə ki, kainatdakı mükəmməl nizamı təmin edən də yenə Rəbbimizdir.
Onsuz da bundan başqa verilən bütün cavablar yanlışdır. Məsələn, kimsə partlamadan sonra nizamın öz-özünə meydana gəldiyini söyləsə, sözsüz ki, bu gülünc cavab olar. Bunun gülünc cavab olduğunu bir bənzətmə ilə sizə açıqlayaq:
Qumluğa bir bomba atılsa, qumlar nəcə olar? Ətrafa səpələnər, elə deyilmi? Bəs kimsə partlamadan sonra qumluqda çox böyük bir qala meydana gəldiyini söyləsə, nə düşünərsiniz? Bu şəxsin çox güman ki dəli, söylədiklərinin də uydurma olduğunu düşünərsiniz. Eyni şəkildə, kainatdakı nizamın öz-özünə meydana gəldiyini söyləyən birinin də dəli olduğu düşünülər. Üstəlik, nəhəng kainatda qumdan bir qala ilə müqayisə edilə bilməyəcək qədər çox incəlik, tarazlıq və mükəmməlik var.
Nəticə olaraq, kainatdakı mükəmməl nizam kainatın öz-özünə yaranmadığını sübut edir. Kainatda mövcud olan hər nizam və tarazlıq da Allah’ın sonsuz ağlının göstəricisidir.