SAYTIMIZA XOŞ GƏLDİNİZ!

Atmosferin həyat üçün uyğunluğu

Uşaq dünyası

Dünyamızın atmosferi həyat üçün lazım olan bütün xüsusiyyətlərə malikdir. İndi sizə atmosferimizin bizlər üçün yaradılmış xüsusi quruluşundan danışaq.

Dünya atmosferi yüzdə 77% azot, yüzdə 21% oksigen və yüzdə 1% karbondioksid və arqon kimi digər qazların qarışığından ibarətdir. İlk əvvəl oksigen haqqında danışaq.

Oksigen canlılar üçün həyati əhəmiyyət daşıyır. Çünki canlıların yaşaması üçün lazım olan enerji bəzi kimyəvi reaksiyalarla əldə edilir. Bu kimyəvi reaksiyaların çoxu da oksigen sayəsində baş verir. Buna görə də, biz hər zaman oksigenə ehtiyac duyuruq. Təbii ki, bu ehtiyacımızı qarşılamaq üçün həmişə nəfəs alırıq.

Atmosferdəki oksigenin nisbəti həyat üçün ən uyğun nisbətdədir. Bu nisbət yüzdə 21 yerinə, məsələn, yüzdə 22 olsaydı, tək bir ildırımla meşə yanğınları başlayardı. Nisbət yüzdə 25-ə çıxsaydı, Dünyamız nəhəng yanğınlarla yanıb kül olardı, çünki oksigen yanıcı qazdır.

Atmosferdəki oksigen nisbəti yüzdə 21 deyil, yüzdə 22 olsa, atmosfer qısa müddətdə yanıcı xüsusiyyət qazanardı və bu vəziyyət Dünyamız üçün böyük təhlükə meydana gətirərdi.

Bunu öyrəndikdə ağlınıza belə sual gələ bilər: Bir gün oksigen tükənsə, onda həyatımız necə olacaq? Son əsrdəki tez-tez rast gəlinən hava çirklənməsinə baxmayaraq, belə bir təhlükə ilə üz-üzə gəlmirik. Çünki Dünyamızda oksigenin 80%-dən çoxu okeanlardakı mikroskopik canlılar tərəfindən istehsal edilir. Yəni yer üzündəki bütün meşələr yox olsa belə, həyatımızı davam etdirmək üçün oksigen olacaq.

Atmosferdəki oksigen nisbətinin tarazlıqda qalması mükəmməl bir sistem sayəsində baş verir. Heyvanlar və insanlar oksigeni qəbul edir, karbondioksidi buraxırlar. Bitkilər isə bu prosesin tam tərsini həyata keçirirlər. Karbondioksidi oksigenə çevirərək həyatlarını davam etdirirlər. Hər gün bitkilər tərəfindən milyardlarla ton oksigen bu şəkildə atmosferə buraxılır.

Burada çox əhəmiyyətli bir həqiqətə diqqət çəkək. Nə üçün yalnız bitkilər oksigen istehsal edirlər? Bütün canlılar oksigen istehsal etsəydilər, həyat daha asan olmazdımı?

Xeyr, qətiyyən həyat daha asan olmazdı. Əksinə, həm insanlar, həm heyvanlar, həm də bitkilər oksigen istehsal etsəydilər, atmosferdəki oksigen nisbəti həddindən artıq artar və atmosfer qısa müddətdə "yanıcı" xüsusiyyət qazanardı. Bunun nəticəsində, ən kiçik bir qığılcım belə nəhəng yanğınlara səbəb olardı.

Atmosferdəki oksigenin 80%-i şəkildə görünən okeanlardakı mikroskopik canlılar tərəfindən istehsal edilir.

Digər tərəfdən, bunun tam tərsini də düşünə bilərik: Bitkilər oksigen deyil, digər canlılar kimi karbon istehsal etsəydi, bəs onda nə baş verərdi?

Əgər bütün canlılar karbon istehsal etsəydi, bu dəfə atmosferdəki oksigen sürətlə tükənər və bir müddət sonra canlılar nəfəs almalarına baxmayaraq, tənəffüs etdikləri havada oksigen olmadığından "boğularaq" kütləvi şəkildə ölməyə başlayardılar.

Uşaqlar, gördüyünüz kimi, atmosfer bizi qorumaqla yanaşı, eyni zamanda nəfəs almağımız üçün lazım olan oksigen qazını da mühafizə edir. Allah oksigeni də mükəmməl yaratmışdır. Allah Dünyamızdakı hər şeyi belə incə hesablarla və tarazlıqlarla yaratmışdır. Bu, Allah üçün çox asandır.

Əsla unutmayın, rahatlıqla hər nəfəs almağınız Allah’a şükür etmək üçün bir səbəbdir. Çünki O istəməsə, atmosfer də olmazdı, oksigen də ...